Əsas Səhifə > Digər > İdmançılar dopinqə və narkotikə yox deyir!

İdmançılar dopinqə və narkotikə yox deyir!


2-11-2021, 10:54


BrendSport.az saytı xəbər verir ki, Dünya Narkotiklə Mübarizə Aparan İdmançılar Federasiyasının Azərbaycan nümayəndəliyinin təşəbbüsü, Azərbaycan Velosiped İdmanı Federasiyası və Respublika Olimpiya Velosiped Məktəbinin dəstəyi ilə Respublika Velotrekində “İdmançılar dopinqə və narkotikə yox deyir!” devizi altında konfrans təşkil edilib. Tədbirdə Daxili İşlər Nazirliyi və Azərbaycan Milli Antidopinq Agentliyinin nümayəndələri, tanınmış idmançılar, velosipedçilər və onların valideynləri iştirak ediblər.

​Narkotik vasitələrdən və qəbulu qadağan olunmuş preparatlardan istifadənin hansı fəsadlara yol açması haqda danışan Daxili İşlər Nazirliyi Baş Narkotiklə Mübarizə İdarəsinin əməkdaşı Nadir Məmmədov və AMADA nümayəndəsi Lalə Hacıyeva bu cür hallara qarşı mübarizədə hamının birgə fəaliyyət göstərməsinin vacibliyini bildiriblər. Tədbirdə qonaq qismində çıxış edən yunan-roma güləşçisi, Tokio Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, dünya və Avropa çempionu Rafiq Hüseynov, boks üzrə dünya çempionu və İslam Həmrəyliyi Oyunlarının qalibi Cavid Çələbiyev, uşu-sanda üzrə dünya çempionu Emil Hacıyev də idmançıların karyeralarına zərbə vurmamaları üçün pis vərdişlərdən hər zaman uzaq olmalarının əhəmiyyətini vurğulayıblar. Konfrans zamanı idmançıları maraqlandıran suallar da cavablandırılıb.
Geri qayıt