Əsas Səhifə > Digər > Şəhriyar Məmmədyarov "Grand Chess Tour"un 4-cü mərhələsinin rapid yarışında 7-ci olub

Şəhriyar Məmmədyarov "Grand Chess Tour"un 4-cü mərhələsinin rapid yarışında 7-ci olub


15-08-2021, 08:02
Şəhriyar Məmmədyarov "Grand Chess Tour"un 4-cü mərhələsinin rapid yarışında 7-ci olub


ABŞ-ın Sent-Luis şəhərində "Grand Chess Tour" şahmat seriyasının dördüncü mərhələsi - "Saint Louis Rapid and Blitz 2021" turniri davam edir.
BrendSport.az xəbər verir ki, Azərbaycan qrosmeysteri Şəhriyar Məmmədyarov rapid turnirinin son 3 turunda mübarizə aparıb. Şahmatçımız 7-ci turda ABŞ təmsilçisi Uesli So ilə heç-heçə edib, onun həmyerlisi Fabiano Karuanaya isə 8-ci turda uduzub. Doqquzuncu turda macarıstanlı Riçard Rapportla heç-heçə edən şahmatçımız 8 xalla 7-ci olub.
ABŞ-ın digər təmsilçisi Hikaru Nakamura 12 xalla birinci yerdə qərarlaşıb.
Qeyd edək ki, turnir 9 rapid və 18 blits turdan ibarətdir. Mərhələnin mükafat fondu isə 150 min ABŞ dolları təşkil edir.
Xatırladaq ki, Ş.Məmmədyarov seriyanın birinci mərhələsi "Superbet Chess Classic Romania"ın qalibi olub.
Geri qayıt