Əsas Səhifə > Digər > Mariya Stadnik Avropa çempionatının finalında

Mariya Stadnik Avropa çempionatının finalında


21-04-2021, 22:56


Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.

Sportinfo.az xəbər verir ki, 50 kq-da mübarizə aparan idmançı ukraynalı Oksana Livaçla qarşılaşıb.

Rəqibinə 10:4 hesabı ilə qalib gələn 2 qat dünya və 7 qat Avropa çempionu adını finala yazdırıb.

Onun həlledici qarşılaşmadakı rəqibi Miqlena Selişka (Bolqarıstan) olacaq.
Geri qayıt