Əsas Səhifə > Digər > “Ən böyük arzusu həkim olmaqdır”
“Ən böyük arzusu həkim olmaqdır”23-10-2017, 16:25 |
Əzməmmədova Fatimə Cəmil qızı 2008-ci ildə anadan olub. Şamaxı şəhər 2 saylı orta məktəbin III c sinfinin şagirdidir. Sinif rəhbəri Arzu müəllimə Fatimədən çox razılıq edir. Arzu müəllimin dediyinə görə, Fatimə sinif əlaçısıdır. Taekvondo ilə məşğul olan Fatimə elə birinci yarışında qalib də olub. Atası Cəmil bəy Fövqəladə Hallar Nazirliyinin xilasetmə xidmətinin əməkdaşıdır. Fatimənin ən böyük arzusu həkim olmaqdır. Babaları Məhəmməd, Nəhməd bəy, nənələri Gülənbər və Fiqurə xanım Fatiməyə hər işdə dəstək olurlar. Anası Lalə xanım da hər işdə övladlarının yanında olmağa çalışır. - Fatimə? dərslərinlə bərabər idmanı necə çatdırırsan? - Calışıram ki, idman dərslərimə mane olmasın. - Bu işlərində sənə ən çox kim dəstək olur? - Hamı, amma, anam həmişə yanımdadır. Alxas Geri qayıt |