Əsas Səhifə > Digər > Sabah cüdo üzrə lisenziya xarakterli Avropa çempionatı start götürəcək

Sabah cüdo üzrə lisenziya xarakterli Avropa çempionatı start götürəcək


15-04-2021, 19:52
Sabah cüdo üzrə lisenziya xarakterli Avropa çempionatı start götürəcək


Sabah Portuqaliyanın paytaxtı Lissabonda cüdo üzrə Avropa çempionatı start götürəcək.

BrendSport.az xəbər verir ki, “Tokio-2020”yə lisenziya xarakterli yarışda 9 idmançımız iştirak edəcək. Belə ki, kişilər arasında Kəramət Hüseynov (hər ikisi 60 kq), Orxan Səfərov, Nicat Şıxəlizadə (hər ikisi 66 kq), Murad Fətiyev, Hidayət Heydərov (hər ikisi 81 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi 100 kq) və Uşangi Kokauri (100 kiloqramdan yuxarı) mübarizə aparacaqlar. Qadınların yarışında isə İrina Kindzerska (78 kiloqramdan yuxarı) gücünü sınayacaq.
Qitə çempionatında 45 ölkədən 362 idmançı mübarizə aparacaq.
Qeyd edək ki, ötən il keçirilmiş Avropa çempionatında cüdoçularımız 5 medal qazanıblar. Belə ki, Çexiyanın paytaxtı Praqada keçirilən qitə çempionatında Orxan Səfərov (66 kq) qızıl, İrina Kindzerska (+78 kq) gümüş, Rüstəm Orucov (73 kq), Məmmədəli Mehdiyev (90 kq) və Zelim Kotsoyev (100 kq) bürünc medal qazanıblar.
Geri qayıt