Əsas Səhifə > Digər > Füzuli Məmmədov: Hazırda “Qalatasaray” ilə oyun barədə düşünmürük
Füzuli Məmmədov: Hazırda “Qalatasaray” ilə oyun barədə düşünmürük1-09-2020, 23:40 |
Komandada ümumi vəziyyət normaldır. Bəzi futbolçular milli komandaların düşərgəsindədir. Digər oyunçuların hamısı məşqdə iştirak edirlər. Sayın çox olması üçün əvəzedici heyətdən bəzi gənc futbolçuları hazırlığa dəvət etmişəm. BrendSport.az xəbər verir ki, bu sözləri sentyabrın 1-də “Neftçi” klubunun baş məşqçisi Füzuli Məmmədov komandanın açıq məşqindən əvvəl keçirdiyi brifinqdə deyib. Heyətdə zədəli futbolçuların olmadığını deyən F.Məmmədov bildirib: "Hazırda “Sumqayıt” ilə qarşıdakı matça hazırlaşırıq. Milli komandanın oyunları ilə bağlı yaranmış fasilədə yoxlama matçı keçirmək barədə fikrimiz var idi. Sadəcə planımıza uyğun gəlmədiyi üçün ikitərəfli görüşlə toplanışı yekunlaşdıracağıq". UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində “Neftçi”nin rəqibi olacaq “Qalatasaray” haqqında danışan baş məşqçi deyib: “Hazırda “Qalatasaray” ilə oyun barədə düşünmürük. “Qalatasaray” Türkiyənin ən güclü klublarından biridir. Həyəcanlı deyilik. Çünki qarşıda hələ "Sumqayıt"la oyunumuz var. Bütün futbolçularla bu barədə danışmışıq. İndi diqqətimizi “Sumqayıt”la matça yönəltmişik. “Qalatasaray”ın futbolçularının fərdi keyfiyyətləri, təcrübələri barədə çox danışmağa ehtiyac yoxdur. Onları bütün dünya tanıyır. Bəli, qardaş ölkədir, can qardaşlarımızdır. Amma biz meydana qələbə üçün çıxacağıq. Mənim üçün “Neftçi”nin qələbə şansı 100 faizdir". Geri qayıt |