Əsas Səhifə > Digər > "Roma"da ciddi itki

"Roma"da ciddi itki


15-10-2017, 12:42


"Roma"nın futbolçusu Kostas Manolas Çempionlar Liqasının qrup mərhələsində "Çelsi" ilə oyunu buraxacaq.

İtaliya mətbuatının yaydığı xəbərə görə, bu barədə komandanın baş məşqçisi Eusebio Di Françesko məlumat verib. O, 26 yaşlı müdafiəçinin A seriyasının 8-ci turunda "Napoli"yə qarşı matçda (0:1) zədələndiyini bildirib. Bu səbəbdən K.Manolas London təmsilçisi ilə görüşdə iştirak etməyəcək.

Qeyd edək ki, "Çelsi" - "Roma" oyunu oktyabrın 18-i keçiriləcək.
Geri qayıt