Əsas Səhifə > Digər > Valeriya Məmmədovadan karyerası ilə bağlı qərar
Valeriya Məmmədovadan karyerası ilə bağlı qərar14-10-2017, 13:12 |
Azərbaycan millisinin voleybolçusu Valeriya Məmmədova yeni mövsümlə bağlı qərarını verib. 33 yaşlı libero yığmadakı bəzi komanda yoldaşlarından fərqli ölkəmizdə qalmağı üstün tutub. O, “Azərreyl”lə müqaviləsinin müddətini artırıb. Məmmədova “dəmiryolçular”la 2017/2018 mövsümü üçün anlaşmaya imza atıb. Qeyd edək ki, “Çelenc Cup”da oynayacaq “Azərreyl” Avropa çempionatının ən yaxşısı seçilən voleybolçumuzdan öncə Argentina millisinin hücumçusu Tanya Akosta ilə də 1 illik razılıq əldə edib. Geri qayıt |