Əsas Səhifə > Digər > Bakıda keçiriləcək cüdo üzrə “Böyük dəbilqə” turnirinə qatılmaq istəyən ölkələrin sayı artır

Bakıda keçiriləcək cüdo üzrə “Böyük dəbilqə” turnirinə qatılmaq istəyən ölkələrin sayı artır


1-04-2019, 14:56


Mayın 10-12-də Bakıda keçiriləcək cüdo üzrə “Böyük dəbilqə” turnirində iştirak etmək istəyən ölkələrin sayı artır.

BrendSport.az xəbər verir ki, indiyədək 28 ölkə Bakı turnirinə qatılmaq istəyini təsdiqləyib. Beləliklə turnirdə 28 komandanın heyətində 228 cüdoçu (128 kişi, 100 qadın) mübarizə aparacaq. “Böyük dəbilqə” yarışında Azərbaycan ən geniş heyətlə - 51 cüdoçu ilə təmsil olunacaq. Dünya reytinqində cüdo üzrə ilk üçlükdə yer alan Fransa Azərbaycandan sonra ən geniş heyətlə mübarizə aparacaq. Turnirdə Fransa 28, İsrail 19, Sloveniya 18, Portuqaliya isə 17 cüdoçu ilə təmsil olunacaq.
Geri qayıt