Əsas Səhifə > Digər > Ronaldu özündən sonra ulduz olacaq futbolçuların adını açıqladı

Ronaldu özündən sonra ulduz olacaq futbolçuların adını açıqladı


28-08-2017, 14:00


Dünyaca məşhur futbolçu Kriştianu Ronaldu mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

BrendSport.az axşam.az-a istinadən bildirir ki, 32 yaşlı idmançı özündən və Messidən sonra ulduz olacaq futbolçuların adını açıqlayıb.

O, "Özünüzdən və Messidən sonra hansı futbolçunun da bu qədər tanınacağını düşünürsünüz" sualına belə cavab verib:

"Yaxşı sualdır. Asensio, Mbappe, Neymar, Dembele, Hazard və Raşfordda büyük potensial görürəm. Hələ 10 il bu oyunçular gündəm ola bilərlər".
Geri qayıt