Əsas Səhifə > Digər > Qol güləşi üzrə ölkə Kuboku keçiriləcək

Qol güləşi üzrə ölkə Kuboku keçiriləcək


13-12-2018, 08:56
Qol güləşi üzrə ölkə Kuboku keçiriləcək

15-16 dekabr 2018-ci il tarixlərində Qol güləşi üzrə ölkə Kuboku yarışı keçiriləcək. Bununla bağlı federasiyaya olunan müraciətlərdə yarışa qatılmaq istəyən bəzi idmançıların maddi durumlarının zəif olması səbəbindən onların yarışda iştirak haqqını ödəmək imkanında olmadıqları bildirilir.

Həmin müraciətləri nəzərə alaraq, Avropa Armrestlinq Federasiyasının vitse-prezidenti, Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədov müvafiq qərar qəbul etmişdir.

Qərara əsasən 15-16 dekabr 2018-ci il tarixlərində keçiriləcək Qol güləşi üzrə Ölkə Kuboku yarışında iştirak edəcək idmançılardan üzvlük pulları (yarışa qatılmaq haqqı) yığılmayacaq. Bütün idmançılar heç bir ödəniş etmədən yarışda iştirak edəcəklər.

Əliqasım Məmmədov,
ADPU-nun II kurs tələbəsi

Geri qayıt