Əsas Səhifə > Digər > Bakıda “BakuTriClub” klubunun himayəsi ilə triatlon üzrə Açıq turnir keçirilib

Bakıda “BakuTriClub” klubunun himayəsi ilə triatlon üzrə Açıq turnir keçirilib


26-11-2018, 15:30


Azərbaycanda triatlon idmanının inkişafı keyfiyyətcə yeni səviyyəyə çatmaqdadır. Bakıdakı Su idman növləri sarayında “BakuTriClub” klubunun himayəsi ilə keçirilmiş örtülü binalarda sprinter məsafəsinə açıq turnir buna parlaq sübut olub. Turnirdə idmanın bu növünün həvəskarları iştirak edirdi.

BrendSport.az xəbər verir ki, 27 idmançının iştirak etdiyi turnirdə “Ironman” Ülvi Aslanzadə qalib gəlib.

Bu yarış Azərbaycan triatlon tarixində yeni mərhələ olub. Milli Triatlon Federasiyasının təşəbbüsü ilə yaradılmış BakuTriClub” klubu son dövrlərdə idmanın bu növünün həvəskarlarının diqqətini cəlb edib. Nəticədə çox maraqlı bir yarış təşkil olunub.

“Bos Shelf” şirkətinin maliyyə dəstəyi, Azərbaycan Triatlon Federasiyasının (ATF), habelə Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş turnirin baş tutmasında ATF-in vitse-prezidenti Rüstəm İbrahimovun rolu xüsusi qeyd edilməlidir.

İştirakçılar əvvəlcə uzunluğu 500 metr olan hovuzda üzməli, sonra isə velotrenajorla 20 kilometr və qaçış yolunda 5 kilometr məsafə qət etməli idilər. Turnirin örtülü binada keçirilməsi ilin fəsli ilə bağlıdır. Onu da nəzərə almaq lazımdır ki, bu yarışlar triatlon həvəskarlarının bəziləri üçün ilk sınaq idi.

Sevindirici haldır ki, bu yarışlarla bağlı ümidlər tamamilə doğrulub. Çempionatın daha bir fərqləndirici cəhəti ondan ibarət idi ki, hər iştirakçıya ayrıca hakim təhkim olunmuşdu. O, idmançının göstərdiyi vaxt nəticələrini qeydə alır, tranzit zonanı keçməkdə ona kömək edir, onu su ilə təchiz edir və müəyyən mənada təlimatçı rolunu yerinə yetirirdi. Azərbaycan triatletika yığmasının üzvü, bu yaxınlarda zədə aldığına görə hazırda bərpa dövrü keçirən Darina Moskalenko da hakimlər arasında idi. O, çempionatda arbitr qismində iştirak etmək təklifini sevinclə qəbul edib və yeni təcrübə qazanıb.

Mübarizənin gedişinə gəldikdə isə burada əsasən “Ironman” distansiyalarında təcrübə toplamış atletlər üstünlük təşkil edirdi. Lakin bəzi triatlon həvəskarları üçün bu yarış ilk startlardan bir olub. Yaxın vaxtlarda “BakuTriClub” klubunun icraçı direktoru təyin edilmiş məşhur “Ironman” Firdovsi Kərimov iştirakçıları ruhlandırırdı. Çempionatın aparıcısı sayılan Kərimov daim idmançıları ruhlandırır və yarışın gedişini şərh edirdi.

Qeyd etmək lazımdır ki, bu birincilikdə Azərbaycan idmançıları ilə yanaşı xarici triatlon həvəskarları da çıxış edirdi. ABŞ, İngiltərə və Böyük Britaniya təmsilçiləri hazırlıq səviyyələrinin heç də pis olmadığını nümayiş etdirdilər, amerikalı Canel Uilyams isə qadınların yarışlarında birinci yeri tutdu.

Turnirin qalibləri barədə ilk növbədə onu qeyd etmək lazımdır ki, ən yaxşı nəticə göstərən “Ironman” Ülvi Aslanzadə olub. Səbuhi Səfərov gümüş medal, Altun Novruzov isə bürünc medal qazanıb. Xatırladaq ki, həmin üçlük yaxın vaxtlarda Antalyada “Ironman 70.3” turnirində tam heyətdə çıxış edib, indi isə örtülü binalarda sprinter distansiyasında açıq turnirin ilk medalçıları kimi adlarını tarixə yazdırıblar.

Mükafatlandırma mərasimindən sonra çıxış edən Ülvi Aslanzadə qeyd edib ki, açıq turnirin qızıl medalı ona “Ironman” finişindən daha artıq emosiya bəxş edib.

Ənənələrə uyğun olaraq finiş xəttinə çatmış idmançıların hamısına iştirakçı kimi medallar təqdim edilib. Turnirin bağlanış mərasimində ATF prezidenti Azər Məhərrəmov çıxış edib. O, turnirin əhəmiyyətini vurğulayaraq əmin olduğunu bildirib ki, bu turnir respublikada triatlon idmanının gələcək inkişafına təkan verəcək.

Ümumi hesabın yekunlarından əlavə, müxtəlif nominasiyalarda qaliblər müəyyən edilib. Üzgüçülükdə ən yaxşı nəticə göstərən Sergey Burlov qızıl medal alıb. Qaçış yolu seqmentində birinci yeri “Ironman” Aydın Kərimov, velotrenajorla qaçışda isə Ülvi Aslanzadə ən yaxşı sürət nəticəsi göstərərək daha bir mükafata layiq görülüb.

Qadınların yarışlarında Amerika nümayəndəsi Canel Uilyams birinci, İstanbul marafonunun iştirakçısı Adilə Süleymanova isə ikinci yeri tutub.

Bu turnir Azərbaycanın triatlon tarixində əlamətdar hadisə oldu. Şübhə etmirik ki, yaxın gələcəkdə bu növ üzrə ölkədaxili yarışların sayı artacaq.
Geri qayıt