Əsas Səhifə > Digər > “Sumqayıt” komandası çempionatın üçüncü dövrəsinə hazırlığı Antalyada keçirəcək

“Sumqayıt” komandası çempionatın üçüncü dövrəsinə hazırlığı Antalyada keçirəcək


25-11-2018, 15:00


“Sumqayıt” futbol komandası çempionatın üçüncü dövrəsinə hazırlığın ikinci mərhələsini yanvarın 13-dən 27-dək Türkiyədə davam etdirəcək.

Klubun mətbuat xidmətindən BrendSport.az–a bildiriblər ki, “gənclik şəhəri”nin təmsilçisi Topaz Premyer Liqasındakı fasilə zamanı yanvarın 13-də Türkiyəyə yollanacaq. İki həftəlik təlim-məşq toplanışı Antalyanın Bələk bölgəsində təşkil olunacaq. Komanda “IC Santai Belek” otelində məskunlaşacaq.

Yoxlama oyunlarındakı rəqiblər hələ müəyyənləşməyib.
Geri qayıt