Əsas Səhifə > Digər > Dibala Mourinyo ilə olan konfliktdən danışdı

Dibala Mourinyo ilə olan konfliktdən danışdı


10-11-2018, 18:26


“Yuventus”un argentinalı hücumçusu Paulo Dibala Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda “Mançester Yunayted”ə məğlub olduqları oyundan sonra (1:2) rəqib komandanın baş məşqçisi Joze Mourinyoya sərt reaksiya vermişdi.

İtaliya mətbuatı xəbər verir ki, Mourinyonun azarkeşlərə etdiyi hərəkətdən sonra onunla mübahisə edən 24 yaşlı futbolçu, məsələylə bağlı açıqlama verərək, portuqaliyalı mütəxəssisi təhqir etmədiyini deyib:

“Ona belə hərəkətlər etməməsini dedim. Yetərincə gərginlik var idi və daha artığına ehtiyac yox idi. Bəli, bəzən təhqir olunursuz, bu, yaxşı bir şey deyil. Amma bunu qabartmaq da lazım deyildi. Mourinyoya bu haqda danışdım, onu təhqir etməmişəm”.

Bu yay “Yuve”yə transfer olunan Kriştiano Ronaldo ilə yaxşı anlaşdıqlarını bildirən Argentina millisinin üzvü, “Ronaldonun hamıyla möhtəşəm münasibəti var. Olduqca peşəkar bir futbolçudur” deyib.

Mourinyo oyunun son 5 dəqiqəsində tribunalara “səsinizi eşidə bilmirəm” işarəsi göstərib. “Qoca sinyora”nın futbolçuları Leonardo Bonuççi və Paulo Dibala portuqaliyalı baş məşqçiyə sərt reaksiya göstəriblər, onun içəri getməsini istəyiblər.
Geri qayıt