Əsas Səhifə > Digər > Sərgən Yalçının yeni iş yeri “Alanyaspor” oldu
Sərgən Yalçının yeni iş yeri “Alanyaspor” oldu9-11-2018, 22:57 |
Türkiyənin “Alanyaspor” klubunun yeni baş məşqçisi müəyyənləşib. Super Liqa təmsilçisinin “sükanı” Sərgən Yalçına tapşırılıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər arasında mövsümün sonunadək müqavilə imzalanıb. Lakin o, işinə bu həftəsonu keçiriləcək “Fənərbaxça” ilə matçdan sonra başlayacaq. Yalçın son olaraq “Konyaspor”u çalışdırıb. O, bu komandanı ötən mövsüm 17-ci pillədə qəbul edərək sonda elitada saxlamağı bacarmışdı. Xatırladaq ki, mövsümə Məsut Bakkal ilə başlayan Ağdəniz təmsilçisi son turlarda ardıcıl 4 məğlubiyyətin ardından bu həftə onu istefaya göndərmişdi. “Alanyaspor” 11 turdan sonra 12 xalla 18 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb. Geri qayıt |