Əsas Səhifə > Digər > Robben Almaniya çempionatını dəyərləndirdi

Robben Almaniya çempionatını dəyərləndirdi


18-10-2018, 22:42


“Bavariya”nın futbolçusu Aryen Robben komandanın son turlarda aldığı pis nəticələr haqda fikirlərini bildirib.

Hollandiyalı futbolçu Almaniya mətbuatına açıqlamasında Bundesliqanın əvvəllər sıxıcı olduğunu deyib:

“Dormund “Borussiya”sı kimi güclü rəqibimiz var. Çempionluq yarışında harda olacağımızı görəcəyik. Belə rəqabətin olması yaxşıdı. Hər kəs bunu istəyirdi. Əvvəllər liqa daha sıxıcı idi.
Futbolda hər şey ağ və ya qara deyil. Arada kölgələr də olur. Məğlub olanda, o demək deyil ki, hər şey pisdi. Sadəcə, bir az zəif nöqtələrimizin olduğunu düşünürəm. Yenidən liqaya qayıtmalıyıq. Bir az arzuya ehtiyacımız var”.

Robben bu mövsüm “Bavariya” forması ilə 10 qarşılaşmada iştirak edib, 3 qol vurub.
Geri qayıt