Əsas Səhifə > Digər > Venger yenidən qayıdır

Venger yenidən qayıdır


17-10-2018, 21:40


"Arsenal"dan ayrılandan sonra işsiz olan Arsen Venger məşqçiliyə qayıdacağı tarixi açıqlayıb.

"Bild"ə müsahibə verən fransız mütəxəssis yanvarın 1-dən fəaliyyətə başlayacağını deyib.

68 yaşlı mütəxəssis yetərincə dincəldiyini və işləməyə hazır olduğunu bildirib: "Yaxşı istirahət etdim. Artıq işləmək vaxtıdı. Düşünürəm ki, yanvarın 1-dən yenidən fəaliyyətə başlayacağam".

Qeyd edək ki, Arsen Venger 1996-2018-ci illər ərzində "Arsenal"ın baş məşqçisi vəzifəsində çalışıb.
Geri qayıt