Əsas Səhifə > Digər > "“Barselona” mənim evimdir”
"“Barselona” mənim evimdir”10-09-2017, 12:07 |
“Barselona”nın yarımmüdafiəçisi Andres İnyesta komandada qalmaq istədiyini təsdiqləyib. İspaniya mətbuatının yaydığı xəbərə görə, jurnalistlərə açıqlamasında o deyib ki, bununla bağlı klubla danışıqlar davam edir: “Bu, normal vəziyyyətdir və klubla mənim aramdakı məsələdir. Biz danışıqlara çoxdan başlamışıq. İşlər yavaş-yavaş da olsa irəli gedir. Mənim yeganə məqsədim əla bir mövsüm keçirməkdir. Burdan getsəm də, qalsam da, “Barselona” mənim evimdir”. Xatırladaq ki, 33 yaşlı İnyestanın klubu ilə müqaviləsi 2018-ci ilin yayında başa çatır. Onun maaşını artırmaq şərti ilə klubda qalmaq istədiyi bildirilir. Geri qayıt |