Əsas Səhifə > Digər > Məşhur futbolçu Fransa yığmasından imtina etdi
Məşhur futbolçu Fransa yığmasından imtina etdi10-10-2018, 17:25 |
İspaniyanın “Valensiya” klubunun futbolçusu Joffre Kondoqbiya Fransa milli komandasında oynamaqdan imtina edib. AS nəşri xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi Fransa millisinə münatəzəm olaraq dəvət almadığı üçün Mərkəzi Afrika Respublikası (MAR) yığmasına qoşulmağı qərara alıb. MAR-ın baş məşqçisi Raul Savoy da öz növbəsində futbolçuya dəvət göndərmək istəyib, lakin hazırda zədədən əziyyət çəkən Kondoqbiya milliyə qoşula bilməyib. Onun növbəti matçlarda komandaya çağırılması gözlənilir. Fransanın Nemur şəhərində dünyaya gələn futbolçunun valideynləri MAR-dandır. O, Fransa U-20 millisi ilə 2013-cü il dünya çempionatında iştirak edib və kuboku başı üzərinə qaldırıb. Kondoqbiya Fransanın əsas millisinin heyətində də 5 oyuna çıxıb. Lakin bunların hamısı yoldaşlıq görüşləri olduğu üçün futbolçu yığmasını dəyişə bilər. Qeyd edək ki, Kondoqbiya "Valensiya"da çıxış edir. Geri qayıt |