Əsas Səhifə > Digər > Kassano: "Dünyanın ən yaxşı hücumçusu Qonsalo İquayndır”

Kassano: "Dünyanın ən yaxşı hücumçusu Qonsalo İquayndır”


9-10-2018, 23:52


Mövsümün əvvəlində karyerasını bitirdiyini açıqlayan Antonio Kassano maraqlı açıqlamalar verib. İtaliya mətbuatına açıqlama verən 37 yaşlı keçmiş hücumçu, indiyə qədər birlikdə işlədiyi ən yaxşı baş məşqçinin Çezare Prandelli olduğunu deyib:

“İndiyə qədər işlədiyim baş məşqçilərin ən yaxşısı Prandellidir. Hazırda işləməməsi absurddur”.

Sabiq futbolçu dünyanın ən yaxşı hücumçusunun kim olması haqda da fikirlərini bölüşüb:

“Kriştiano Ronaldo və Edin Dzeko yaxşı futbolçudurlar, amma məncə, dünyanın ən yaxşı hücumçusu Qonsalo İquayndır”.

Kassano karyerası ərzində potensialını tam ortaya qoya bilmədiyini deyib:

“Hazırkı vəziyyətim 10 il əvvəl olsaydı, daha yaxşı futbolçu olardım. Potensialımın sadəcə, 30-40 faizini ortaya qoydum”.


Geri qayıt