Əsas Səhifə > Digər > “Trabzonspor”dan ayrılıb “Karabükspor”a keçdi

“Trabzonspor”dan ayrılıb “Karabükspor”a keçdi


8-09-2017, 22:28


Türkiyənin “Trabzonspor” klubu argentinalı futbolçusu Luis İbaneslə yollarını ayırıb.

29 yaşlı sol cinah müdafiəçisi Super Liqanın digər təmsilçisi “Karabükspor”a keçib. O, bu komandada bir il icarədə çıxış edəcək.

İbanes 2016-cı ildən “Trabzonspor”da çıxış edirdi. Peşəkar karyerasına “Boka Xuniors”da (Argentina) başlayan futbolçu daha sonra “Dinamo” (Zaqreb, Xorvatiya), “Rasinq” (Argentina), “Dyor” (Macarıstan) və “Srvena Zvezda” (Serbiya) klublarında da oynayıb.
Geri qayıt