Əsas Səhifə > Digər > "Bavariya" türk futbolçuya 60 milyon avro təklif etdi
"Bavariya" türk futbolçuya 60 milyon avro təklif etdi7-10-2018, 14:28 |
"Roma"da sərgilədiyi performansla Avropa nəhənglərinin diqqətini çəkən Çingiz Ündər "Bavariya"nın maraq dairəsinə düşüb. "Calciomercato" xəbər verir ki, Münhen klubu müqaviləsi mövsümün sonunda bitəcək 35 yaşlı Aryen Robbenin yerinə tük futbolçunu transfer etmək istəyir. Almanlar bu transferə görə "Roma"ya 60 milyon avro təklif etməyə hazırlaşır. Qeyd edək ki, "Roma" 21 yaşlı hücumçunu ötən ilin yayında "Başakşəhər"dən 13,4 milyon avroya alıb. Hazırda "Transfermarkt"ın 27 milyon avro qiymət qoyduğu futbolçu İtaliya klubunun heyətində keçirdiyi 39 oyun keçirərək 10 qol vurub və 6 məhsuldar ötürmə edib. Geri qayıt |