Əsas Səhifə > Digər > Con Terriyə məşqçilik təklifi

Con Terriyə məşqçilik təklifi


13-09-2018, 22:27
Con Terriyə məşqçilik təklifi

“Çelsi”nin sabiq futbolçusu Con Terri London klubuna qayıda bilər.

“The Sun”nın yaydığı xəbərə görə, “zadəganlar” 37 yaşlı müdafiəçiyə klubun aşağı yaş qrupları üzrə komandalarından birini çalışdırmağı təklif edib.

İngiltərə millisinin sabiq üzvünə onun son klubu olan “Aston Villa” da məşqçilik təklif edib.

Qeyd edək ki, C.Terri 19 il – 1998-2017-ci illərdə “Çelsi”nin şərəfini qoruyub.
Geri qayıt