Əsas Səhifə > Digər > Rusiya yığmasında dopinq şoku
Rusiya yığmasında dopinq şoku9-09-2018, 17:45 |
Rusiya millisinin üzvü Denis Çerışevlə bağlı qalmaqallı məlumat yayılıb. Rus futbolçunun atası Dmitri Çerışev oğlunun DÇ-2018-dən əvvəl dopinqdən istifadə etdiyini deyib. Rusiya Antidopinq Agentliyi, Ümumdünya Antidopinq Agentliyi ilə birgə məsələ haqda araşdırma apardıqlarını təsdiqləyib. Çerışevin dopinqdən istifadə etdiyi rəsmən təsdiqlənsə, ona ciddi cəza verilə bilər. Rusiya millisi ilə DÇ-2018-də 5 qarşılaşmaya çıxan Çerışev, bu oyunlarda 4 qolla yadda qalıb. Geri qayıt |