Əsas Səhifə > Digər > “Fənərbaxça” PSJ-nin qapıçısını istəyir

“Fənərbaxça” PSJ-nin qapıçısını istəyir


28-08-2018, 09:44
“Fənərbaxça” PSJ-nin qapıçısını istəyir

Son vaxtlar əsas qapıçısı Volkan Dəmirəlin “performans”ından narazı olan “Fənərbaxça” qolkiper transferini həyata keçirmək üzrədir.

Fransa mətbuatı xəbər verir ki, “sarı-larcivərdlilər” PSJ-nin ikinci qapıçısı Kevin Trappı icarəyə götürmək istəyir. Hazırda qolkiperlə danışıqları davam etdirən İstanbul təmsilçisinin transferi yaxın günlərdə bitirəcəyi gözlənilir.

2015-ci ildən PSJ-də çıxış edən 28 yaşlı almaniyalı qapıçının Paris təmsilçisi ilə 2020-ci ilədək müqaviləsi var.
Geri qayıt