Əsas Səhifə > Digər > İki futbolçu "Barselona"dan göndərilir

İki futbolçu "Barselona"dan göndərilir


25-08-2018, 21:25


İki futbolçu "Barselona"dan ayrılacaq. Rafinya və Pako Alkaser tezliklə Kataloniya klubunu tərk edəcək. Adı La Liqanın II turunda "Valyadolid”lə keçirilən oyunun iştirak ərizəsinə salınmayan futbolçularla bağlı qərar 1-2 gün ərzində açıqlanacaq.

Qeyd edək ki, Rafinya "Barselona"nın yetirməsidi, Alkaser isə 2016-cı ildə "Valensiya"dan 30 milyon avroya alınıb. Birincinin "Betis”ə, ikincinin isə Dortmund "Borussiya”sına keçəcəyi gözlənilir.
Geri qayıt