Əsas Səhifə > Digər > Modriçin əvəzinə Eriksen

Modriçin əvəzinə Eriksen


8-08-2018, 21:14
Modriçin əvəzinə Eriksen

"Real" "İnter"ə transfer olunacağı gözlənilən Luka Modriçin əvəzləyicisini müəyyənləşdirib.

Xarici KİV-də yayılan xəbərə görə, xorvat yarımmüdafiəçi İtaliya təmsilçisinə keçəcəyi təqdirdə, Madrid klubu "Tottenhem"in oyunçusu Kristian Eriksenlə danışıqlara başlayacaq.

Qeyd edək ki, K.Eriksen ötən mövsüm 47 matçda 14 qol vurub, 11 qolun ötürməsini verib.
Geri qayıt