Əsas Səhifə > Digər > Eto Nəsriyə görə komandadan ayrılmaq istəyir
Eto Nəsriyə görə komandadan ayrılmaq istəyir6-09-2017, 22:19 |
“Antalyaspor”un hücumçusu Samuel Eto O klubun yeni transferi Samir Nəsriyə veriləcək maaşı öyrəndikdən sonra etiraz edib. Antalya təmsilçisində ilinə 4 milyon avro qazanan kamerunlu hücumçu, yeni transfer Nəsrinin 6+2 milyon avro alacağını eşitdikdən sonra şoka düşüb. Bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Xəbərdə 36 yaşlı hücumçunun yayda Çinə yollanmaq istədiyi, ancaq klubun əlavə pul təklif edərək onu komandada saxladığı qeyd edilib. Bundan əlavə, Eto Onun “Fənərbaxça”ya transfer olunmaq istədiyi, lakin İstanbul təmsilçisinin təcrübəli futbolçu üçün heç bir təklif göndərmədiyi vurğulanıb. 2015-ci ildən “Antalyaspor”un şərəfini qoruyan Eto Onun klubla müqavilə müddəti mövsümün sonunda başa çatacaq. Geri qayıt |