Əsas Səhifə > Digər > UEFA Superkuboku oyununa hakim təyinatları oldu

UEFA Superkuboku oyununa hakim təyinatları oldu


3-08-2018, 12:16


UEFA Superkubokunda Madridin "Real" və "Atletiko" klubları arasında keçiriləcək oyuna hakim təyinatları açıqlanıb.

UEFA-nın rəsmi saytının yaydığı xəbərə görə, matçı Polşa Futbol Federasiyasından Şimon Marçinyak idarə edəcək. Ona Pavel Sokolniçki və Tomaş Listkeviç köməklik edəcək. Dördüncü hakim funksiyasını Ovidiu Alin Hateqan yerinə yetirəcək.Pavel Raskovki və Tomal Misyal isə əlavə hakimlər olacaq.

Qeyd edək ki, superkubok oyunu avqustun 15-i Tallində keçiriləcək.
Geri qayıt