Əsas Səhifə > Digər > “Milan”la “Trabzonspor” razılaşdı, ancaq...

“Milan”la “Trabzonspor” razılaşdı, ancaq...


6-09-2017, 16:54
“Milan”la “Trabzonspor” razılaşdı, ancaq...

“Milan” yarımmüdafiəçisi Xose Sosanı “Trabsonspor”a göndərməyə hazırdı.

Komanda.az xəbər verir ki, bu barədə məlumatı “rossonyerlər”in idman direktoru Massimiliano Mirabelli İtaliya mətbuatna açıqlamasında verib. O, Sosanın keçidi ilə bağlı “Trabzonspor”la hərtərəfli razılığa gəldiklərini, hadisələrin bundan sonrakı gedişatını futbolçunun seçiminin müəyyənləşdirəcəyini deyib:

“Xose Sosa ilə bağlı “Trabzonspor”la razılıq əldə etmişik. Bundan sonrası futbolçunun seçimindən asılıdı. “Trabzonspor” onu istəyir, lakin məsələnin bizimlə bağlı olmayan başqa tərəfləri də var. Müqavilə imzalanmadan dəqiq nə isə deyə bilmərik”.

Maraqlıdı ki, futbolçunun meneceri Favio Bilardo yerli radiolardan birinə açıqlamasında Sosanın “Milan”da qalmaq istədiyini bildirib:

“Türklər hər gün Sosanı transfer edir. Çox maraqlı insanlardı. Sosa isə “Milan”da qalmaq istəyir”.

“Sky İtalia”nın xəbərinə görə, “Trabzonspor” Sosa üçün “Milan”a 6 milyon avro, futbolçunun özünə isə ilinə 5 milyon olmaqla, 3 illik müqavilə təklif edir.

Geri qayıt