Əsas Səhifə > Digər > Gəlin, göydən yerə enək - Rövnəq Abdullayev
Gəlin, göydən yerə enək - Rövnəq Abdullayev6-09-2017, 16:07 |
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan San Marino matçı millimizin 5:1 hesablı qələbəsi ilə başa çatıb. Komanda.az xəbər verir ki, qarşılaşmadan sonra AFFA-nın prezidenti Rövnəq Abdullayev böyükhesablı qələbə ilə bağlı fikirlərini bildirməklə yanaşı, jurnalistlərin suallarını da cavablandırıb. - Futbolçularımız yaxşı oynadılar. Meydanda yaxşı komanda var idi, yaxşı da hazırlaşmışdılar. Bu qələbə sayəsində komandamız Norveçlə oyundan sonra azarkeşləri sevindirdi. - Millinin 5 qol vurması sizin üçün gözlənilməz olmadı? - Norveçə uduzandan sonra futbolçulara demişdim ki, 3 qoldan az vursanız, Azərbaycana gəlməyin. Məncə, 5 qol Azərbaycan millisi üçün rekord göstəricidi. Həm də ilk dəfə seçmə mərhələlərdə 10 xal topladıq. Bu da ikinci hadisədi. Növbəti mərhələ şanslarını itirsək də, qrupun sonuncusu da olmayacağıq. - Qazonun durumu ilə bağlı nə deyə bilərsiniz? - Deməzdim ki, bərbad idi. Bu istidə adam da yanır. Normal vəziyyətdədi. Hava sərinləyəndən sonra ot örtüyü də tam qaydasına düşəcək. - Millinin çıxışı ürəyinizcə oldu, yoxsa daha yaxşı oyun gözləyirdiz? - Hamı istəyir ki, milli komanda irəli getsin. "Qarabağ" Çempionlar Liqasının qrupuna düşməklə bizi xeyli sevindirdi. İstərdik ki, milli komanda da yüksək səviyyədə oynasın. Biz də bundan ötrü əlimizdən gələni edir, həm klublara, həm də milliyə kömək göstəririk. Çalışırıq ki, onlar da azarkeşləri sevindirsinlər. - Buraxılan 1 qol ən böyük fərqli qalibiyyətə mane oldu. Buna üzülmədiz? - Gəlin, göydən yerə enək, ayağımızı yerə qoyaq. - Milli komanda 10 xal toplamaqla rekorda imza atdı. - Gəlin, rekordlara çox da diqqət yönəltməyək. Normal bir şeydi. Futbolçuları çox da tərifləməyək. Çünki onlar orbitdən çıxdıqdan sonra özlərini yığa bilmirlər. Hələ qarşıda Çexiya ilə çox ağır oyun var. Çalışıb burada nəticə göstərməliyik. Norveçlə oyuna motivasiyalı çıxmışdılar. Çox arxayın idik. Amma alınmadı. Ona görə də gəlin, gözləyək, seçmə mərhələ qurtarsın. Sonra analiz edərik. Qarşıda AÇ-2020-nin seçmə mərhələsi var. 4 oyun Bakıda keçiriləcək. Çalışacağıq ki, necə olursa-olsun, komandamızı gücləndirək və AÇ-nin final mərhələsində biz də iştirak edək. Ehtiyat heyətimiz böyükdü. İndiyədək skamyada bu qədər futbolçu oturmayıb. Onlar həm də cavandılar. Bu, çox sevindirici haldı və bizə imkan verir ki, oyunlara motivasiya ilə çıxaq. - Sizcə, AÇ-2020-yə millətlər Liqasından, yoxsa seçmə mərhələdən vəsiqə qazanmaq əlverişli olar? - Hələ səbətlər müəyyənləşsin, görək necə olar. Geri qayıt |