Əsas Səhifə > Digər > “Proqres” - “Qəbələ” oyununun vaxtı və yeri açıqlandı

“Proqres” - “Qəbələ” oyununun vaxtı və yeri açıqlandı


23-06-2018, 00:02


"Qəbələ”nin UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində "Proqres”ə qarşı keçirəcəyi cavab matçının da yeri və vaxtı müəyyənləşib.

İyulun 12-də baş tutacaq ilk qarşılaşma Qəbələ şəhər stadionunda keçiriləcək. Görüş saat 20:00-da başlayacaq.

Komandalar arasında cavab oyunu isə iyulun 19-da Lüksemburqda keçiriləcək. Differdanj şəhərindəki "Munisipial” arenada baş tutacaq bu oyun Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.
Geri qayıt