Əsas Səhifə > Digər > "Atletico" "Qarabağ" haqqında 3 məqalə hazırlayıb

"Atletico" "Qarabağ" haqqında 3 məqalə hazırlayıb


4-09-2017, 13:21


İspaniyanın "Atletico" klubu Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi “Qarabağ” barədə azarkeşlərinə məlumat verib.

Klub saytına Azərbaycan çempionu haqqında üç yazı yerləşdirilib. Məqalələrdən birində “Qarabağ”ın işğal altındakı Ağdam rayonunun komandası olduğu xatırladılır:

“Qarabağ” doğma Ağdamdan 250 kilometr uzaqlıqdakı Tofiq Bəhramov adına Respublika Stadionunda oynayır. 1993-cü ildə Dağlıq Qarabağ müharibəsi nəticəsində məşhur “İmarət” stadionu məhv edilib, Azərbaycan xalqının kədərli sürgünü baş tutub”.

Daha sonra bildirilir ki, ”Qarabağ” 1939-cu ildə tikintiləri start götürən, 1951-ci ildə istifadəyə verilən “İmarət” stadionunda yarışlara çıxıb. Sonradan klub öz məşq və oyunlarını Azərbaycanın keçmiş hakimi Tofiq Bəhramovun şərəfinə adlandırılan stadionda etməyə başlayıb.

Digər məqalələrdə "Qarabağ” ÇL-in qrup mərhələsinə düşmək üçün 3 cəhdi və Azərbaycan çempionatındakı çıxışlarına toxunulub:

“Azərbaycan Topaz Premyer Liqasında son dörd ilin çempionu olan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovdur. Komanda qrupa vəsiqə qazanmaq üçün Gürcüstanın “Samtrediya”, Moldovanın “Şerif”, Danimarkanın “Koebenhavn” klublarını məğlub edib. Üç cəhddən sonra “Qarabağ” komandası Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanaraq ağ-qırmızılı klubumuza rəqib olmağı bacardı. Bundan əvvəlki cəhdlərində son dəfə klub üçüncü turda son dəqiqələrdə buraxdığı qola görə ÇL-i tərk etmişdi. (Goal.az)
Geri qayıt