Əsas Səhifə > Digər > Almaniya-Meksika oyunundan sonra məşqçilər fikirlərini bildiriblər
Almaniya-Meksika oyunundan sonra məşqçilər fikirlərini bildiriblər18-06-2018, 00:12 |
“Bizim hələ altı ay əvvəldən hazırladığımız taktiki planımız var idi. Həmişə cinahlardan iki sürətli futbolçumuz olub. Bugünkü matçda qolu vuran Losano Meksika millisinin ən sürətli oyunçusudur”. Bu sözləri Meksika millisinin baş məşqçisi Xuan Karlos Osorio bu gün DÇ-2018-də Almaniya üzərindəki sensasiyalı qələbədən (1:0) sonra keçirilən mətbuat konfransında deyib: “Birinci hissədə daha yaxşı oynadıq. Biz uduzmaqdan qorxmurduq. Dünya çempionuna qarşı kişi kimi və yüksək səviyyədə oynadıq. Almaniya həmişə hesabda geridə olanda belə əvəzetmələr edir. Biz buna da hazır idik. Meksikanın heyəti gəncdir. Onlar bizim gələcəyimizdir”. “Meksikanı artıq qrupun favoriti saymaq olarmı” sualına baş məşqçi belə cavab verib: “Rəqiblərimizdən İsveç yetərincə güclüdür. 2002-ci ildə onlarla oynamışıq. Onlar İtaliyanı DÇ-dən uzaqlaşdırıblar. Əgər desəm ki, digər rəqibimiz Koreya ilə oyun ərəfəsində istirahət edəcəyik, səhv edərəm”. Öz növbəsində Almaniya millisinin baş məşqçisi Yoahim Löv DÇ-2018-in Meksikaya qarşı oyunundakı məğlubiyyətlərini (0:1) şərh edib. Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, matçdan sonra keçirilən mətbuat konfransında o, məğlubiyyətdən məyus olduğunu gizlətməyib: “Bu, bizə xas olan vəziyyət deyil. Demək olar, bundan əvvəlki bütün turnirlərdə ilk oyunda qalib gəlmişdik. Bu oyundan dərs almalıyıq. Sonrası yaxşı olacaq”. Löv etiraf edib ki, komandası birinci hissədə yaxşı oynamayıb: “Biz açıq zonalarda pis oynadıq. Çox top itirdik. Ona görə də rəqibdən daha çox qaçmalıydıq. İkinci hissədə Meksika geniş müdafiə olundu. Bizim daha çox qol imkanız oldu. Tez-tez tələsik qərarlar verdik”. Löv Meksikanın son 2-3 ildə sistemli oyun nümayiş etdirdiyini, əks-hücumlara yaxşı çıxdığını da bildirib. “Almaniyanın rəqibini lazımınca qiymətləndirməməsi fikri ilə razısınız” – sualına Lövün cavabı belə olub: “Matçı analiz etməliyik. Biz bilirdik ki, oyunumuzda sabitlik lazımdır. Amma ilk dəqiqədən futbolçular əsəbiləşirdi. Biz özümüzün özümüzdən tələb etdiyimiz səviyyədə deyildik”. “Nə üçün adətən, dünya çempionları qrupdan çıxa bilmirlər?” Bu suala isə almanların baş məşqçisi belə cavab verib: “Bilmirəm, digərlərində niyə bu cür olub. Amma biz qrupda qalmayacağıq”. Geri qayıt |