Əsas Səhifə > Digər > Nunu Qomeş Portuqaliyanın şanslarını dəyərləndirdi
Nunu Qomeş Portuqaliyanın şanslarını dəyərləndirdi15-06-2018, 14:26 |
Portuqaliya millisinin sabiq forvardı Nunu Qomeş komandasının dünya çempionatındakı şansları haqda danışıb. Veteran ulduz o qədər də ümidli deyil: "Çox çətin olacaq. Qrupda güclü rəqiblər var. Amma Portuqaliya bu qrupun favoritlərindən biridi. İlk oyununu İspaniyaya qarşı keçirəcəklər. Çox ağır sınaq olacaq. Avropa çempionu olsaq da, komandamız turnirin favoritləri sırasında deyil. Amma İran və Mərakeşlə matçlarda sözümüzü deməliyik. Portuqaliya mütləq qrupdan çıxmalıdı. Alınmasa, uğursuzluq sayılacaq”. B qrupunda yer alan Portuqaliya ilk oyununu bu gün İspaniyaya qarşı keçirəcək. Geri qayıt |