Əsas Səhifə > Digər > Azərbaycan və Xüsusi Olimpiya Avropa-Avrasiya regionu arasında əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Xüsusi Olimpiya Avropa-Avrasiya regionu arasında əməkdaşlıq müzakirə olunubBu gün, 14:13 |
![]() Noyabrın 19-da gənclər və idman naziri Fərid Qayıbov Bakıda keçirilən Xüsusi Olimpiya Avropa Badminton Turniri ilə əlaqədar ölkəmizdə səfərdə olan Xüsusi Olimpiya Avropa-Avrasiya (SOEE) regionunun Regional Prezidenti və İdarəedici direktoru Sven Albert və rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. BrendSport.az xəbər verir ki, görüş zamanı Azərbaycanda inklüziv idmanın və Xüsusi Olimpiya hərəkatının inkişafı, Bakıda keçirilən Xüsusi Olimpiya Avropa Badminton Turnirinin təşkili və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. Görüşdə Xüsusi Olimpiya Komitəsinin sədri Vüqar Behbudov, milli direktoru Rövşən Məmmədov, Beynəlxalq Xüsusi Olimpiya təşkilatının idman və yarışlar üzrə baş direktoru Lou Lauria, Xüsusi Olimpiya Avropa-Avrasiya Regional Ofisinin Təşkilati inkişaf üzrə baş direktoru Kşiştof Krukovski iştirak ediblər. Geri qayıt |