Əsas Səhifə > Digər > Beyl üçün "Real"a 85 milyonluq təklif

Beyl üçün "Real"a 85 milyonluq təklif


3-06-2018, 14:17


“Mançester Yunayted” Qaret Beylin transferi üçün “Real”la danışıqları davam etdirir.

“The Times” nəşrinin yaydığı xəbərə görə, “qırmızı şeytanlar” uelsli yarımmüdafiəçi üçün “kral klubu”na 85 milyon funt-sterlinq ödəməyə hazır olduğunu bildirib. Heyəti gəncləşdirmək istəyən Madrid təmsilçisinin prezidenti Florentino Peresin də bu təklifə müsbət yanaşdığı iddia olunur.

Qeyd edək ki, 2016-cı ildə “Real”la müqaviləsini uzadan 28 yaşlı futbolçunun illik gəliri 10,5 milyon avro təşkil edir. “Mançester Yunayted” isə Beylə həftəlik 500 min funt təklif etməyə hazırdır.
Geri qayıt