Əsas Səhifə > Digər > "Qarabağ"da Rəşadla yola daha 1 il davam

"Qarabağ"da Rəşadla yola daha 1 il davam


3-06-2018, 12:51


"Qarabağ" kapitanı Rəşad Sadıqovla yeni müqavilə imzalayacaq.

36 yaşlı müdafiəçi ilə müqavilənin müddətinin daha 1 il uzadılması haqda razılığa gəlinib.

R.Sadıqov Qol.az-a açıqlamasında məlumatı təsdiqləyib. O, bununla bağlı təklifin baş məşqçi Qurban Qurbanovdan gəldiyini söyləyib.

Qeyd edək ki, R.Sadıqov 2011-ci ildən heç bir klub dəyişmədən "Qarabağ"da oynayır. Buna qədər isə o, 2009/10 mövsümündə də Ağdam klubunda çıxış edib.
Geri qayıt