Əsas Səhifə > Digər > Ronaldo İspaniyada klub alır

Ronaldo İspaniyada klub alır


30-05-2018, 22:11
Ronaldo İspaniyada klub alır

Braziliya millisinin keçmiş hücumçusu Ronaldo klub almaq istəyir. “El Fenomeno” ləqəbli əfsanəvi forvard “Valyadolid”ə elçi düşüb.

Ronaldo ötən mövsümü İspaniya Sequndasını 6-cı pillədə bitirən komandaya 30 milyon avro ödəmək fikrindədi.

Yerli mətbuat iddia edir ki, artıq “El Fenomeno” ilə klub prezidenti Karlos Suarez arasında danışıqlar başlayıb.

Qeyd edək ki, “Valyadolid” 2013/14 mövsümündən bəri Primerada çıxış etmir.
Geri qayıt