Əsas Səhifə > Digər > "Cümhuriyyət kuboku"nun final mərhələsi keçirilib
"Cümhuriyyət kuboku"nun final mərhələsi keçirilib24-05-2018, 11:05 |
"Azərbaycan Xalq Cümhuriyyəti ili" elan olunması ilə bağlı cənab prezident İlham Əliyevin imzaladığı sərəncamdan irəli gələn vəzifələrin icrası məqsədilə Quba rayon Gənclər və İdman İdarəsi və Quba rayon Təhsil Şöbəsi "Yurd" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi ilə birgə məktəblilər arasında "Xəmsə" milli intellektual oyunu üzrə "Cümhuriyyət kuboku" adlı turnirin final mərhələsini keçirib. Quba rayon Gənclər və İdman İdarəsindən BrendSport.az saytına verilən məlumat görə, Gənclər Mərkəzində keçirilən finalda Quba rayonunun Alekseyevka, Zərdabi, Qəçrəş, Qam-qam, Qırmızı qəsəbə 1 saylı, Quba şəhər 2 və 6 saylı tam orta məktəbinin təmsilçiləri iştirak edib. A qrupunda Qam-qam tam orta məktəbinin "Uğur" komandası 10700 xalla komandası birinci, şəhər 6 saylı tam orta məktəbinin "Ulduz" komandası 3000 xalla ikinci yerin sahibi kimi finala qrupuna vəsiqə qazanıb. B qrupunda isə Alekseyevka kənd tam orta məktəbinin "Zəka" komandası 4200 xalla birinci, Qəçrəş kənd tam orta məktəbinin eyniadlı komandası 600 xalla ikinci yeri tutub. Finalda gərgin mübarizədə Alekseyevka kənd tam orta məktəbinin "Zəka" komandası 3900 xalla turnirin qalibi adını qazanıb. "Uğur" biliciləri 200 xalla ikinci, "Ulduz" komandası isə - 1300 xalla üçüncü olub. Yekunda qalib və mükafatçılara kubok və diplomları təqdim edilib. Geri qayıt |