Əsas Səhifə > Digər > Qrizmannın “Barselona”ya keçidi rəsmiləşir

Qrizmannın “Barselona”ya keçidi rəsmiləşir


17-05-2018, 22:22


“Atletiko”nun hücumçusu Antuan Qrizmannın “Barselona”ya keçəcəyi tarix müəyyənləşib. “Marca”nın məlumatına görə, fransalı forvard dünya çempionatının startına qədər kataloniyalılarla münasibətləri rəsmiləşdirəcək.

Tərəflər bu keçidi qarşıdakı 2 həftə ərzində reallaşdırmağı planlaşdırırlar. Ulduz futbolçunun transferdən hələ də imtina etmək hüququ var. Lakin bunun müqabilində “Barselona”ya 20 milyon avro cərimə ödəməlidi.

Doğrudu, Qrizmannın sərbəst qalma məbləği 100 milyon avrodu. Lakin “Barsa”nın prezidenti Xosep Bartomeu “Atletiko” ilə yaxşı əlaqələri qorumaq üçün madridlilərə 115-120 milyon avro ödəməyə hazırdı.

Qeyd edək ki, Antuan Qrizmann bu mövsüm La Liqada keçirdiyi 31 oyunda 19 qol, 9 məhsuldar ötürmə ilə yadda qalıb.
Geri qayıt