Əsas Səhifə > Digər > Aquero İspaniyaya qayıdır?

Aquero İspaniyaya qayıdır?


10-05-2018, 22:07


“Mançester Siti”nin futbolçusu Serxio Aquero yenidən İspaniya La Liqasında çıxış edə bilər.

“Marca”nın yaydığı xəbərə görə, argentinalı hücumçunun xidmətində sabiq komandası “Atletiko” maraqlıdır.

Madrid klubunun 29 yaşlı futbolçu ilə danışıqlara başladığı bildirilir. Aqueronun DÇ-2018-dən sonra qərar verəcəyi gözlənilir.

Qeyd edək ki, Aquero 2006-2011-ci illərdə “Atletiko”da çıxış edib.
Geri qayıt