Əsas Səhifə > Digər > Daha bir türk futbolçu İtaliyaya gedir

Daha bir türk futbolçu İtaliyaya gedir


8-05-2018, 21:40


İtaliyanın "Genoa" klubu "Qalatasaray"da oynayan müdafiəçi Koray Günteri transfer edəcək.

Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Xəbərə görə, mövsümün sonunda İstanbul klubu ilə müqaviləsi bitəcək futbolçu, A Seriyasına azad agent kimi gedəcək.

185 sm boyu olan müdafiəçinin adı indiyədək "Latsio" və "Torino" ilə də hallanıb.

Xatırladaq ki, Koray Günter 2014-cü ildə Almaniyanın "Borussia Dortmund" klubundan "Qalatasaray"a transfer olunmuşdu.
Geri qayıt