Əsas Səhifə > Digər > Ukraynada Dünya çempionatı

Ukraynada Dünya çempionatı


7-05-2018, 22:50


Ukrayna Respublikasının Xarkov şəhərində Qocyu-Ryu Okinava Karate-do, Kempo-ryu və Kobudo üzrə Dünya çempionatı keçirilib.

Qobustan Gənclər və İdman İdarəsindən BrendSport.az saytına verilən məlumata görə, çempionatda ikiqat dünya çempionu İbad Rzazadə və tələbəsi Rəvan Əkbərli də iştirak edib.

2 versiya üzrə çıxış edən İbad Rzazadə "lite kontakt" versiyası üzrə II yer, "iruqumi-qo" versiyası üzrə I yeri tutaraq Dünya kəmərinə sahib olub.

14 yaşlı Rəvan isə 35 kq çəki dərəcəsində "İruqumi-qo" versiyası üzrə II yeri tutaraq dünya ikincisi olub.

Əliqasım Məmmədov,
ADPU-nun I kurs tələbəsi





Geri qayıt