Əsas Səhifə > Digər > 22 yaşlı braziliyalının "elçiləri" artır

22 yaşlı braziliyalının "elçiləri" artır


10-04-2018, 16:53


“Qalatasaray” və “Fənərbaxça”nın ardından bu dəfə PSJ ilə “Bavariya” “Çelsi”nin futbolçusu Robert Kenediyə “elçi” düşüb. Türkiyə mətbuatının məlumatına görə, “Bavariya” 22 yaşlı braziliyalı cinah oyunçusunun keçidində maraqlıdı.

Belə ki, Münhem təmsilçisi Aryen Robben və Frank Riberinin əvəzinə Kenedini heyətinə cəlb etmək niyyətindədi. Kenedi hazırda icarə əsasında “Nyukasl”da çıxış edir.
Geri qayıt