Əsas Səhifə > Digər > “Qarabağ”ın sabiq futbolçusu İtaliya A seriyasında

“Qarabağ”ın sabiq futbolçusu İtaliya A seriyasında


31-08-2017, 13:27


“Qarabağ”ın sabiq hücumçusu Samuel Armenteros karyerasını İtaliyada davam etdirəcək. Apasport.az saytı xəbər verir ki, isveçli futbolçu A seriyasında çıxış edən “Benevento” ilə anlaşıb.

Məlumat klubun rəsmi saytı vasitəsilə yayılıb.

Tərəflər arasında 2020-ci ilin iyununa qədər nəzərdə tutulmuş müqavilə imzalanıb.

Qeyd edək ki, Armenteros 2015/16 mövsümünü “Qarabağ”da keçirib. Karyerası ərzində “Herenven”, “Anderlext”, “Feyenord” və “Villem II” klublarında da çıxış etmiş hücumçunun son iş yeri “Herakles” olub.
Geri qayıt