Əsas Səhifə > Digər > WPC-AWPC versiyası üzrə Azərbaycan çempionatı keçirilib

WPC-AWPC versiyası üzrə Azərbaycan çempionatı keçirilib


23-03-2018, 12:56


Bakı şəhərində WPC-AWPC (pouerliftinq, benc-press) versiyası üzrə Azərbaycan çempionatı keçirilib.

Quba rayon Gənclər və İdman İdarəsindən BrendSport.az saytına verilən məlumata görə, yarışda Quba 8 idmançı təmsil edilib və uğurliu nəticələr əldə olunub.

Belə ki, qubalı idmançılardan Elşən Ağayev və Vüsal Şahmərdanov pouerliftinqin üçnövçülük növü üzrə 1-ci yeri, Famil Məhərrəmov pouerliftinqin benc-press növü üzrə 1-ci yeri və Elvin Müzəffərov pouerliftinqin Deadliest- Deadlift növü üzrə 1-ci yeri və eləcə də pouerliftinqin üçnövçülük növü üzrə 2-ci yeri, Nurlan Ağayev pouerliftinqin üçnövçülük növü üzrə 3-cü yeri, Asim Mikayılov pouerliftinqin Deadliest- Deadlift növü üzrə 3-cü yeri, Həmzə Əliyev isə pouerliftinqin üçnövçülük növü üzrə 4-cü yerə layiq görülüblər.

Əliqasım Məmmədov,
ADPU-nun I kurs tələbəsi



Geri qayıt