Əsas Səhifə > Digər > Messi milli karyerasını bitirə bilər
Messi milli karyerasını bitirə bilər21-03-2018, 13:27 |
Lionel Messi Dünya çempionatından sonra milli karyerasını bitirə bilər. Bu barədə argentinalı futbolçu özü məlumat verib. "Milli komanda ilə uduzduğumuz matçlardan, finallardan sonra bir neçə dəfə ölkəmdəki insanların arzularını həyata keçirə bilmədiyim üçün ağlamışam. Rusiyada kuboku qazana bilməsək, ən yaxşısı milli karyeramı bitirmək olacaq. Arzum Rusiyada Dünya çempionu olmaqdı" deyə Messi bildirib. Qeyd edək ki, Argentina "DÇ-2018"də Xorvatiya, İslandiya və Nigeriya ilə birlikdə D qrupunda mübarizə aparacaq. Geri qayıt |