Əsas Səhifə > Digər > Azərbaycanın üç boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
Azərbaycanın üç boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib20-12-2023, 11:50 |
Azərbaycan boksunun banisi Abbas Ağalarovun xatirəsinə həsr olunan gənclər arasında ənənəvi beynəlxalq turnirində 1/4 final mərhələsinin döyüşlərinə start verilib. BrendSport.az xəbər verir ki, Bakı Boks Mərkəzində təşkil edilən yarışda 5 çəki dərəcəsində yarımfinalçılar bəlli olub. Mərhələ adlayanlar arasında Azərbaycan millisinin 3 boksçusu da var. Yarımfinala vəsiqə qazananlar özləri üçün ən azı bürünc medalı təmin ediblər. Qeyd edək ki, 7 komandanın iştirakı ilə keçirilən yarışın üçüncü günündə 16 görüş olacaq. Turnirin qaliblərinin adlarına dekabrın 22-də aydınlıq gələcək. 1/4 final mərhələsi 48 kiloqram Abay Toleybekov (Qazaxıstan) – Ucal Musayev (Azərbaycan) – 5:0 Muinxuja Muminov (Tacikistan) – Ramal Yolçiyev (Azərbaycan) – 3:2 Rövşən Bünyatov (Azərbaycan) – Ayaz Tağızadə (Azərbaycan) – 0:5 Fərid İsmayılzadə (Azərbaycan) – Bilalhəbəşi Nəzərov (Azərbaycan) – 0:5 51 kiloqram Dias Berikbay (Qazaxıstan) – Bexultan Boranbek (Qazaxıstan) – 1:4 54 kiloqram Anuşervon Fozilov (Tacikistan) – Favaz Aluhaybi (Səudiyyə Ərəbistanı) – ikinci döyüşə gəlməyib Aydak Kadirxan (Qazaxıstan) – Müslim Davletkayev (Rusiya) – 3:2 Yerasil Amanqaliyev (Qazaxıstan) – Qurban Həsənov (Rusiya) – 5:0 60 kiloqram Orucəli Cavadzadə (Azərbaycan) – Bek Joldaşbek (Qazaxıstan) – 0:5 Tofiq Zairov (Azərbaycan) – Vaqif Hacıyev (Azərbaycan) – 5:0 Ayxan Heydərov (Azərbaycan) – Canarslan Temirbiyev (Rusiya) – 0:5 71 kiloqram İbrahim Nəcəfov (Azərbaycan) – Ayxan Əliyev – ikinci tam üstünlüklə qalib gəlib 75 kiloqram Şerbek Şokirov (Özbəkistan) – Sanjar-Ali Beqaliv (Qazaxıstan) – 0:5 Damir Sineyev (Qazaxıstan) – İmamrza Sadıxzadə (Azərbaycan) – birinci tam üstünlüklə qalib gəlib +92 kiloqram Maqomedxan Malaçiyev (Rusiya) – İlkin Məmmədli (Azərbaycan) – 5:0 Geri qayıt |