Əsas Səhifə > Digər > EEVZA: Azərbaycan millisi son oyununda da məğlub olub
EEVZA: Azərbaycan millisi son oyununda da məğlub olub9-12-2023, 20:25 |
18 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi Gürcüstanın Telavi şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında son oyununa çıxıb. BrendSport.az xəbər verir ki, Cəlil Baxtiozinin baş məşqçisi olduğu komanda beşinci matçında meydan sahibləri ilə qarşılaşıb. Görüş gürcüstanlıların 3:2 (26:24, 23:25, 23:25, 25:19, 15:5) hesablı qələbəsi ilə yekunlaşıb. Qeyd edək ki, millimiz çempionatın əvvəlki oyunlarında Polşa, Ukrayna və Latviyaya 0:3, Estoniyaya 1:3 hesabı ilə uduzub. Geri qayıt |